“Ermənistanın məhv etdiyi meşələri bərpa etmək onilliklər çəkəcək” - Ekoloq

 13:54 24.09.2026     61

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib ki, işğal dövründə Ermənistan Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib, talan edib və İkinci Qarabağ müharibəsindən sonra ərazilərdən çıxarkən ağacları yandırıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Amin Məmmədov qeyd etdi ki, dövlət başçısı demək olar ki, bütün çıxışlarında bu məsələyə toxunub:

"Prezident işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinq və qiymətləndirmələr nəticəsində müəyyən olunan faktları dünya ictimaiyyətinin diqqətinə çatdırır. Burada 60 min hektar meşədən söhbət gedir. Təkcə meşə deyil, ümumiyyətlə, yaşıllıqlar, o cümlədən şəhərlərdə və kəndlərdə mövcud olan, meşə fonduna daxil olmayan, amma böyük əraziləri əhatə edən ağaclar da məhv edilib, kəsilib.

Prezident öz çıxışında da deyir ki, həmin ağacları aparıb çaxır çəlləkləri, sonra isə həmin taxtalardan, ağaclardan parket düzəldiblər. Onların içərisində yaşı bir neçə yüz il olan, yüzillik qədim ağaclar da var idi. Onları da kəsiblər. Ona görə bu məsələ Azərbaycan tərəfindən beynəlxalq təşkilatların tədbirlərində qeyd olunur. Bunun vurduğu ziyan isə demək olar ki, 10 milyardlarla dollar hesablanıb. Həmin ziyanı bərpa etmək üçün isə onilliklər lazım olacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən