"Kiminsə paytaxta köçüb-köçməməsi onun öz seçimidir" - Deputat

 12:37 24.09.2026     64

"Vətəndaşın harada yaşaması onun azad seçimidir. Vətəndaşlara haradasa yaşamağı qadağan etmək və yaxud da harasa məcburi şəkildə geri qayıtmağı tövsiyə etmək düzgün deyil. Eyni zamanda, vətəndaş harada öz həyatını qurmağın daha asan olduğunu və bunun onun maraqlarına cavab verdiyini müəyyənləşdirərək yaşayış yerini və həyatını qurur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə səsləndirdi.

O vurğuladı ki, regionlarda iş yerlərinin yaradılması təkcə regionda yaşayan insanların orada qalması demək deyil:

"Eyni zamanda, digər regionlardan, həmçinin paytaxtın özündən yeni yaradılacaq müəssisələrdə işləmək və gələcəkdə orada yaşamaq istəyən xeyli sayda insan olacaq. Hər şey iş yerlərinin insanların tələbatına cavab verməsindən və işçi üçün yaradılacaq şəraitdən asılıdır. Bu gün regionlarda universitetlər açılır, hotellər inşa edilir, sənaye müəssisələri yaradılır və s. Orada təkcə yerli insanlar deyil, paytaxtdan və digər regionlardan gələnlər də çalışırlar. Bu gün dövlətin, şəxsən cənab prezidentin məqsədi regionların sosial-iqtisadi inkişafını bərabərləşdirməkdir. Kiminsə artıq paytaxta və yaxud iri sənaye şəhərinə köçüb-köçməməsi isə onun öz seçimidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən