Hərbçilərin maaş və pensiyaları ilə bağlı YENİLİK - Deputat AÇIQLADI
Sentyabrın 30-u keçiriləcək Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.
Bu qanun layihəsinin mahiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Elman Məmmədov bildirdi ki, qanun layihəsi müəyyən dəyişikliklərlə bağlıdır:
"Burada xüsusilə hərbçilərimizin pensiya məsələləri, maddi durumları və maaşları nəzərdə tutulub. Hazırda hərbçilərimizlə bağlı bəzi şayiələr dolaşır, amma onlar doğru deyil. Məqsəd hərbçilərimizin, hərbi qulluqçularımızın pensiya sistemində və maaşlarında müəyyən dəyişikliklər etməklə, onların xeyrinə tədricən artımlar həyata keçirməkdir. Bu məqsədlə büdcədən əlavə olaraq 550 milyon manat vəsait ayrılacaq. İndi ayın 30-da qanun layihəsinin birinci oxunuşu olacaq. Yəqin ki, birinci oxunuşdan keçəcək. Qanun layihəsi üç oxunuşdan keçəcək".
Millət vəkili onu da qeyd etdi ki, qanun 2027-ci ilin yanvar ayına qədər qəbul olunacaq.
NURİYYƏ













