"Azərbaycan düşmən üzərində tarixi qələbələr qazanan bir dövlətdir" - Spiker
"İkinci Qarabağ müharibəsində əldə edilən qələbə Ermənistanın 30 illik işğalına son qoyulmasına və dövlətimizin ərazi bütövlüyünün bütövlükdə təmin edilməsinə şərait yaratdı".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirdi.
O vurğuladı ki, 2023-cü ilin sentyabr ayında keçirilən birgünlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini təşkil etdi:
"Dövlətimizin suverenliyi tam bərqərar oldu, ölkə Konstitusiyasının müddəalarının ölkənin bütün ərazisində tətbiqi təmin edildi. Bu tarixi nailiyyətlər ulu öndərimizin başlatdığı, Müzəffər prezidentimizin isə əməldə davam etdirdiyi strateji xəttin təmin edilməsində öz əksini tapdı. Azərbaycan düşmən üzərində tarixi qələbələr qazanan bir dövlətdir. Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdarıq".
NURİYYƏ













