“Dövlət ailəyə "övlad sahibi olun" deməməlidir” - Razi Nurullayev

 11:42 30.09.2026     185

"Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından və əmək fəaliyyətindən geri qalmasın. Dayə və ya uşaq bağçası imkanları, inkişaf imkanları və dərsdən sonra uşaqlara qayğı xidmətləri bu şəraitin ayrılmaz hissəsi olmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirdi.

Millət vəkili vurğuladı ki, uşağın gələcəyi də ayrıca nəzərə alınmalıdır:

"Təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyi ailəyə və ya valideynə yalnız bugünkü hüquqlarını təmin etməklə kifayətlənməməli, həm də uşağın gələcəyini qurmaqda əsas dəstək olmalıdır. Ən vacib məqam isə budur: Dövlət ailəyə “övlad sahibi olun” deyən tərəf olmamalıdır. Əksinə, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir. Gənc ailəyə deyilməlidir ki: “Siz ailə qurmaq və övlad sahibi olmaq istəyirsinizsə, bu yolda tək deyilsiniz”. Mənzil məsələsində, uşağın qayğısında, təhsildə və əmək həyatında dövlət sizin yanınızdadır. Çünki demoqrafik problemin həlli yalnız çağırışlarla, yalnız arzularla mümkün deyil. İnsan gələcəyinə əmin olduqda, ailəsinin və övladının təhlükəsizliyini və rifahını gördükdə qərar verir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən