“Sosial mediada baş verənlər bizi ciddi narahat edir” – Deputat
"Bu gün süni intellekt və sosial media sürətlə inkişaf edir. Təbii ki, bu proseslərin idarə olunmasını biz də istəyirik. Bunun nə dərəcədə müsbət nəticə verəcəyi isə zamanla görünəcək".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov bildirdi.
O həmçinin vurğuladı ki, cəmiyyət baxımından bizi xeyli narahat edən məsələlər var:
"Sosial mediada sürətlə baş verənlər, aparılan müzakirələr və məqsədli şəkildə kənardan yönləndirilən proseslər bizi ciddi şəkildə düşündürür. Bu baxımdan hesab edirəm ki, süni intellektdən düzgün istifadə və kibertəhlükəsizliklə bağlı məqamların nəzərə alınması, ayrıca həm təhlükəsizlik, həm də sosial media ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var. Əgər bu proseslərin qarşısı alınmasa, gələcəkdə məsələnin daha da mürəkkəbləşəcəyini istisna etmək olmaz".
NURİYYƏ













