"Bakı Biznes Mərkəzi"nin direktoru ilə bağlı FƏRMAN
"Bakı Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb.
Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb.
Fərmana əsasən, "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nın İqtisadiyyat Nazirliyi üzrə bölməsində yer alan “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru bəndi ləğv olunub.













