Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

 10:34 03.10.2026     113

İllərdir hazır olsa da, Bakıda bu binada bir nəfər belə yaşamır. Hər tərəf təmir olunub, yaşanılacaq vəziyyətə gətirilib, amma yaşayış yoxdur.

Redaktor.az Xəzər Tv-yə istinadən xəbər verir ki, bu illər ərzində binadan mənzillər satışa çıxarılmayıb. Ətrafda yaşayan hər kəsin marağına səbəb olan bina haqqında müxtəlif fikirlər səsləndirilir.

Maraqlısı isə budur ki, binada yaşayış olmasa da, aşağı mərtəbələrində müxtəlif obyektlər fəaliyyət göstərir.

Sosial şəbəkələrdə yayılan iddialarda binanın konstruksiyasında problem olduğu üçün mənzillərin satışa çıxarılmadığı da bildirilir. Bu və digər suallara aydınlıq gətirmək üçün dövlət qurumlarına müraciət etdik.

Fövqaladə Hallar Nazirliyindən bildirildi ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına Nazirliyin Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin tərəfindən istismara hazırlıq aktı verilib.

Vumart və Güvən reklamı Vumart Güvən