“Bu, Azərbaycan qadınına verilən dəyər və böyük etimaddır” - Jalə Əliyeva

 20:54 05.10.2026     132

“Bu gün mənim üçün çox əlamətdar gündür. Bütün təbrik edənlərə minnətdarlığımı bildirirəm. Bu gün həqiqətən də mən ölkə başçısı, prezident tərəfindən çox ali bir mükafatla təltif edildim, “Şöhrət” ordeninə layiq görüldüm".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyevin onu "Şöhrət" ordeni ilə təltif edilməsindən danışarkən səsləndirib.

"Düşünürəm ki, bu, sadəcə bir şəxsin, bir parlament üzvü qadının deyil, ümumilikdə Azərbaycan parlamentinə, Azərbaycan ictimai-siyasi həyatında rolu olan insanlara, Azərbaycan qadınına verilən dəyər, qiymət və böyük etimaddır. Mənə də Allah qismət etsin ki, bu böyük etimadı hər zaman doğrulda bilim, layiqincə Vətənimə, xalqıma, dövlətimə xidmət edə bilim".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən