“Tarix yaradaraq dövlət qurmaq hər xalqa qismət olmur” - Ceyhun Məmmədov

 10:03 08.10.2026     175

"Bizim çox zəngin tariximiz və irsimiz var. Həmişə deyirəm ki, xalqımız böyük xalqdır. Biz tarixə baxanda bunun açıq dəlillərini görürük. Çoxlu sayda tarixi abidələrin, məkanların olması və ərazilərimizin olması bizim qürur mənbəyimizdir. Bu, bizim milli kimliyimizi formalaşdıran məsələdir".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında bildirib.

Millət vəkilinin sözlərinə görə, tarix yaradaraq dövlət qurmaq, qədim tarixə malik olmaq hər xalqa qismət olmur.

"Bizim üstünlüyümüz, böyüklüyümüz ondadır ki, bu mədəniyyəti əcdadlarımız yaradıblar. Bu gün tarixə baxanda ölkəmizin bir çox alban abidələri ilə zəngin olduğunu görürük. Müxtəlif bölgələrdə də bunu açıq-aydın müşahidə edirik. Biz İslamı sonradan qəbul etməyimizə görə dəyərlərini qorumuşuq. Biz keçdiyimiz tarixi mərhələlərin hər biri ilə fəxr edirik. Bu keçdiyimiz dövrlərin hər biri ayrıca rəng qatır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən