“Tarix o zaman təkrarlanır ki, xalqlar ondan nəticə çıxarmır” - Millət vəkili

 10:16 08.10.2026     116

"Getdikcə rəqs etməyi bacaranların sayında azalma var. Eyni zamanda milli yeməkləri bişirənlərin sayında da azalma var. Biz bunlara sahib çıxmalıyıq. Bəzən klassik mahnıları bəyənmirik. Amma ona-buna məmnuniyyətlə qulaq asırıq. Amma öz musiqilərimizə qulaq asmalıyıq. Çünki bu, bizim kökümüz və tariximizdir".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında deyib.

"Gənclər anlamalıdır ki, tarixə sahib çıxmalıyıq. Tarixi qorumalı, tarixi abidələri təbliğ etməliyik. Biz deyirik ki, tarix təkrarlanır. Tarix o zaman təkrarlanır ki, xalqlar ondan nəticə çıxarmır. Tarix onu unudanları həmişə cəzalandırır. Tarixi unutmamağın yolu onu tətbiq etməkdən və öyrənməkdən keçir. Təəssüf ki, bu gün gənclərimizin bir hissəsinin tarixi bilmədiklərinin şahidiyəm. Tarixi bilmək çox önəmlidir. Tarixi bilməlisən ki, ondan nəticə çıxara və təhlil də biləsən. Təəssüf ki, son vaxtlar bəzi gənclərimizdə tarixi bilmədiklərinin şahidiyəm".

Millət vəkili qeyd edib ki, tarix özünü dərk üçün lazımdır:

"Əgər bu olmasa, biz heç nəyə nail ola bilməyəcəyik. Əxlaqımıza, dəyərlərimizə sahib çıxmaq bizim üçün olduqca önəmlidir. Bu istiqamətdə fəaliyyətimizi və gələcəyimizi qurmalıyıq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən