"Azərbaycan hüquq sistemi süni intellekt və rəqəmsallaşma istiqamətində inkişaf edir" - Vəkillər Kollegiyasının sədri
“Bakıda keçirilən EYBA Payız Konfransı 2026-da salamlamaq mənim üçün böyük məmnuniyyətdir”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov “EYBA-nın 2026-cı il Payız Konfransı”nın açılışı zamanı videoçarx vasitəsi ilə bildirdi.
“Hazırda İstanbulda keçirilən beynəlxalq konfransda iştirak etdiyim üçün, təəssüf ki, bu gün açılış mərasimində şəxsən sizinlə birlikdə ola bilmirəm. Ümid edirəm ki, axşam saatlarında sizə qoşulmaq və sizinlə şəxsən görüşmək imkanım olacaq. Azərbaycan zəngin hüquq tarixinə və müxtəlifliyə, multikultural dəyərlərə hörmətin qədim ənənələrinə malikdir. Ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşib. Burada, Bakıda ölkəmizin zəngin və rəngarəng keçmişini yaxından hiss etmək mümkündür. Şəhərin hər bir guşəsində qədimliklə müasirliyin izləri bir-birinə qarışaraq ənənələrimizlə bugünkü kimliyimizi bir araya gətirir. Ümid edirəm ki, Bakıda olduğunuz müddətdə yalnız şəhərimizin gözəlliyini deyil, eyni zamanda insanlarımızınsəmimiyyətini və qonaqpərvərliyini də hiss etmək imkanınız olacaq”.
O vurğuladı ki, bir çox baxımdan eyni fikirləri Azərbaycan hüququ haqqında da söyləmək olar:
“Zəngin tarixi ənənələrə söykənən hüquq sistemimiz müasir prinsiplərə, beynəlxalq standartlara və cəmiyyətin dəyişən ehtiyaclarına uyğun olaraq inkişaf etməkdə davam edir. Bu gün həmin inkişaf süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqlar kimi yeni sahələri də əhatə edir ki, bu da texnologiya və innovasiyanınhüquq peşəsində getdikcə artan əhəmiyyətini əks etdirir.
8–11 oktyabr tarixlərində Bakı dünyanın müxtəlif ölkələrindən olan gənc hüquqşünasların görüş məkanına çevrilir və sizi burada, Azərbaycanda görməkdən həqiqətən böyük məmnunluq duyuruq”.
Aytəkin TOFİQQIZI













