"Süni intellekt kömək edir, lakin yekun peşəkar qərarı vəkil verir" - Şəbnəm Tağıyeva
“Süni intellektdən bir vasitə kimi istifadə edirəm. O, mənə kömək edir, düzgün qərar vermək qabiliyyətimi inkişaf etdirir. Bununla belə, süni intellektin təqdim etdiyi məlumatlara güvənərkən diqqətli olmalıyam”.
Redaktor.az xəbər verir ki, bunu “Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, rəqəmsal hüquqi gələcəyi formalaşdıran fərqli yanaşmalar” mövzusunda keçirilən payız konfransında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Caspi Nomos” hüquq firmasının Tənzimləmə və Dövlət Orqanları ilə Əlaqələr üzrə rəhbəri Şəbnəm Tağıyeva dedi.
“Süni intellektin istifadəsi qaçılmaz olsa da, yekun peşəkar mühakimə mənə məxsusdur və buna görə məsuliyyəti də mən daşıyıram. Bunun belə olduğunu düşünməyimin səbəbini qeyd edərdim.
Hüquqi tətbiq etmək hüquqi normaları tapmaqla eyni deyil. Süni intellekt hüquqi normaları və məlumatları tapmaqda mənə kömək edə bilər, lakin onların konkret vəziyyətə tətbiqinə görə məsuliyyət mənim üzərimdədir”.
Aytəkin TOFİQQIZI













