“PAŞA Bank” ASC-nin direktoru süni intellektin hazırladığı hüquqi rəylərin risklərindən DANIŞDI
“Hazırda istər tədris prosesində, istərsə də digər sahələrdə, süni intellektin köməyi ilə hazırlanan hüquqi rəyləri mütləq yoxlamalıyıq”
Redaktor.az xəbər verir ki, bunu “EYBA-nın 2026-cı il Payız Konfransı”nda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü | “PAŞA Bank” ASC-nin Hüquq və Korporativ İdarəetmə üzrə direktoru İlham Hüseynov dedi.
“Çünki süni intellekt hüquqi tənzimləmələr çərçivəsində müstəqil məsuliyyət daşıyan tərəf deyil. Hüquqi rəy təqdim etdiyim zaman məsuliyyət mənim üzərimdə olur. Bu, həm də hüquqi məsuliyyət məsələsidir. Məhz buna görə də süni intellektə birbaşa məsuliyyət həvalə edə bilmərik. Qərarvermə və yekun nəticəyə görə məsuliyyət insanda qalmalıdır. Mənim fikrimcə, əsas məsələ budur”.
Aytəkin TOFİQQIZI













