"Süni intellektdən istifadə edərkən nədən qorxmalıyıq?" - Vəkildən həyəcan təbili

 11:03 09.10.2026     62

“Bu texnologiyadan istifadəyə görə məsuliyyət daşıyan şəxs hüquqşünasın özüdür. Bəs nədən qorxmalıyıq?”.

Redaktor.az xəbər verir ki, bunu  “EYBA-nın 2026-cı il Payız Konfransı”nda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Caspi Nomos” hüquq firmasının Tənzimləmə və Dövlət Orqanları ilə Əlaqələr üzrə rəhbəri Şəbnəm Tağıyeva bildirdi.

“Hüquqşünaslar hər cümləni yazmaq üçün süni intellektdən istifadə etməyə başlaya bilərlər. Bu mərhələdə isə biz peşəkar mühakimə qabiliyyətini inkişaf etdirmək əvəzinə, məsuliyyətlə üzləşməmək üçün kor-koranə itaəti və formal uyğunluğu təşviq etmiş olarıq.

Mən hesab etmirəm ki, belə olmalıdır. Süni intellektdən istifadəyə nə kor-koranə yanaşmalı, nə də onu tamamilə rədd etməliyik. Əsas məsələ ona düzgün yanaşmaq, uyğun hallarda bu texnologiyadan istifadə etmək, eyni zamanda müstəqil qərar vermək və peşəkar mühakimə yürütmək qabiliyyətini qorumaqdır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən