"Hətta yaradıcıları da bizi xəbərdar edir, lakin..." - Federiko Kamurati

 11:27 09.10.2026     59

“Mən adətən süni intellektlə bağlı olan qorxulardan danışmaq istəmirəm. Biz onları eşitmişik və gələcəkdə də eşidəcəyik”.

Redaktor.az xəbər verir ki, bunu EYBA-nın vitse-prezidenti Federiko Kamurati  “EYBA-nın 2026-cı il Payız Konfransı”nda dedi.

“Hətta süni intellekt sistemlərini yaradan və icad edən insanların bəzilərinin də - eşitmiş olarsınız, xəbərlərdə oxumuş olarsınız - bizi bu tür sistemlərin inkişafını ləngitmək zərurəti barədə xəbərdar etdiyini görürük. Lakin mən Sİ, yəni süni intellekt haqqında düşünəndə, artıq hamımız üçün reallıq olan fövqəladə inkişaf və innovasiyalar haqqında düşünməyə üstünlük verirəm.

Məsələn, təbabət sahəsini götürək. Son araşdırmalar göstərir ki, süni intellekt dəstəkli xərçəng müayinəsi, məsələn, standart radioloq analizləri ilə müqayisədə daha yüksək xərçəng aşkar etmə nisbətinə nail olmuşdur. Və ya bizim sahəmizdə, peşəmizdə; süni intellekt işimizi daha səmərəli, daha sürətli və daha dəqiq etmişdir; xüsusən də təfərrüatlı şəkildə nəzərdən keçirməli olduğumuz sənədlərin və məlumatların həcmi o qədər böyük olduqda ki, xəta marjası əhəmiyyətli dərəcədə artır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən