Süni intellekt insan hüquqlarını pozur? - BDU müəllimi DANIŞDI

 11:41 09.10.2026     65

“Dövlət qurumu təhlükəsizlik məqsədilə yüksək riskli hesab edilən şəxsləri müəyyənləşdirmək üçün süni intellekt sistemi tətbiq edib”.

Redaktor.az xəbər verir ki, bunu  “EYBA-nın 2026-cı il Payız Konfransı”nda vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, LCG Hüquq Bürosunun əməkdaşı və Bakı Dövlət Universitetinin hüquq müəllimi Kamil Dəmirli dedi.

“Bildiyiniz kimi, bu sistem şəxsi məlumatlar, sosial media fəaliyyəti, ailə əlaqələri, səyahət tarixçəsi və digər mənbələrdən məlumat toplayır. Bir şəxs sərhədi keçməyə çalışarkən süni intellekt sistemi tərəfindən təhlükəsizlik baxımından yüksək riskli hesab edildiyi üçün əlavə yoxlamaya cəlb olunur. Lakin heç kim ona bunun səbəbini izah etmir.

Əslində, bu halda fundamental hüquqlardan istifadə edə bilərik. Əsas sual budur: süni intellekt yüksək risk səviyyəsini müəyyənləşdirmək üçün hansı məlumatlardan istifadə edib?
Demək istədiyim odur ki, süni intellekt sistemi böyük həcmdə şəxsi məlumatları toplayıb emal edə bilər və bu da həmin məlumatlardan sui-istifadə edilməsi riskini yaradır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən