AZAL-ın Hüquq departamentinin rəhbəri süni intellekt və "izahat almaq hüququ"ndan DANIŞDI
“Burada müzakirə edə biləcəyimiz əsas məsələ süni intellektin fundamental hüquqlara necə təsir etməsidir. Süni intellekt mövcud fundamental hüquqlara təzyiq göstərir və bu təzyiq həmin hüquqların yeni imkanlara və əhatə dairəsinə uyğun olaraq yeni formalar almasına səbəb olur”.
Redaktor.az xəbər verir ki, bunu “EYBA-nın 2026-cı il Payız Konfransı”nda Monreal Universitetinin nümayəndəsi, vəkil, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Hüquq departamentinin Korporativ hüquq qrupunun rəhbəri və doktorantura üzrə tədqiqatçı Mübariz Əliyev bildirdi.
“Süni intellektlə bağlı yeni hüquqlar haqqında çoxlu araşdırmalar aparılıb və bu mövzu artıq bir müddətdir gündəmdədir. Lakin məncə, müzakirə edə biləcəyimiz bir sıra hüquqlar və hüquqi anlayışlar var. Mənim fikrimcə, bunlardan ən aydını izahat almaq hüququdur. Burada Avropadan olan çoxsaylı qonaqlarımız var. Onların hüquqi anlayışlarla daha yaxından tanış olduqlarını düşünürəm, çünki bu məsələ artıq Avropa İttifaqının hüquq sistemində, o cümlədən Süni İntellekt Aktında və GDPR-də öz əksini tapıb”.
Onun fikirincə, bu məsələ Avropa İttifaqının siyasətində də əsas müzakirə mövzularından birinə çevrilib.
Aytəkin TOFİQQIZI













