Texnologiyanı anlamayan insanlar hüquqlarını necə qoruyacaq? - Mübariz Əliyevdən AÇIQLAMA
“İnsanlar olaraq qərarın psixoloji tərəfini, hansı alqoritmdən istifadə edildiyini və prosesin texniki detallarını anlamaqda çətinlik çəkə bilərik”.
Redaktor.az xəbər verir ki, bunu “EYBA-nın 2026-cı il Payız Konfransı”nda Monreal Universitetinin nümayəndəsi, vəkil, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Hüquq departamentinin Korporativ hüquq qrupunun rəhbəri və doktorantura üzrə tədqiqatçı Mübariz Əliyev dedi.
“Lakin izahat almaq hüququnun əsas mahiyyəti ondan ibarətdir ki, şəxs ona başa düşdüyü dildə izahat verilməsini tələb edə bilməlidir. Yəni texnologiya haqqında məlumatı olmayan adi bir insan belə, baş verənləri anlaya biləcəyi formada izahat almaq hüququna malik olmalıdır.
Beləliklə, texnologiya haqqında heç nə bilməsəm belə, mənə başa düşdüyüm dildə izahat verilməlidir. Düşünürəm ki, bu məsələnin tətbiqi konkret vəziyyətdən asılı olaraq dəyişə bilər”.
Aytəkin TOFİQQIZI













