"Rəhbərinizin səsi və fotosu ilə sizi aldada bilərlər" - Cyber Point MMC direktoru

 11:54 09.10.2026     63

“Hazırda  rəhbərimizin şəklindən, səsindən, hətta videosundan istifadə edilərək çox inandırıcı saxta elektron məktublar və videolar hazırlana bilər”.

Redaktor.az xəbər verir ki, bunu  “EYBA-nın 2026-cı il Payız Konfransı”nda “Cyber Point” MMC-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Elvin Balacanov qeyd etdi.

“İki il əvvəl Azərbaycanda baş vermiş bir hadisəni misal göstərmək olar. Belə ki, müxtəlif yüksək vəzifəli şəxslərin adından süni intellekt vasitəsilə hazırlanmış saxta videolardan investisiya reklamlarında istifadə olunurdu. Bu reklamlara inanaraq çox sayda insan aldadılıb və investisiyalar edib. Xoşbəxtlikdən, cinayətkar şəbəkə üzə çıxarılıb. Lakin bu, bütün risklərin tamamilə aradan qaldırıldığı demək deyil. Bu hadisə göstərir ki, süni intellekt insan hüquqlarını təhlükə altına qoya bilər. Süni intellekt vasitəsilə yaradılan məzmun şəxsi həyatın toxunulmazlığını, insan ləyaqətini və nüfuzunu poza bilər”.

O vurğuladı ki, Azərbaycanda qanunvericiliyə yeni hüquqi mexanizmlərin daxil edilməsinin əsas səbəblərindən biri də məhz bu risklərlə bağlıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən