"Süni intellekt böyük həcmdə məlumat istəyir deyə..." - Nəcibə Mustafayeva

 15:05 09.10.2026     64

“Beynəlxalq hüquq süni intellektin inkişafına və məlumatların qorunmasına bir-biri ilə rəqabət aparan dəyərlər kimi yanaşmamalıdır”.

Redaktor.az xəbər verir ki, bunu  “EYBA-nın 2026-cı il Payız Konfransı”nda  Bahçeşehir Universitetinin Hüquq fakültəsinin dosenti, beynəlxalq insan hüquqları hüququ üzrə ekspert Nəcibə Mustafayeva dedi.

“Əsas məsələ innovasiya ilə insan hüquqları arasında tarazlıq yaratmaqdır. Məxfilik hüququ və fərdi məlumatların qorunması beynəlxalq insan hüquqları hüququnda tanınır. Buna görə də süni intellekt sistemlərinin böyük həcmdə məlumatlara ehtiyac duyması şəxsi məlumatların məhdudiyyətsiz toplanmasına və emalına öz-özlüyündə əsas verə bilməz”.

O vurğuladı ki, beynəlxalq hüquq süni intellekt sahəsində qanuni tədqiqatların səhiyyə, iqlim problemləri ilə mübarizə və elmi inkişaf da daxil olmaqla, mühüm ictimai maraqlara xidmət edə biləcəyini nəzərə almalıdır:

“Beləliklə, həll yolu böyük məlumat bazalarının istifadəsini qadağan etmək deyil, onların toplanması və istifadəsi üçün insan hüquqlarına əsaslanan qaydalar müəyyənləşdirməkdir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən