Dövlətlər texnologiyaya nəzarəti necə ələ alır? - Təbriz Cəfərov AÇIQLADI

 15:11 09.10.2026     76

“Gəlin teleqrafı, televiziyanı və bəşər tarixində yaranmış digər yenilikləri nəzərdən keçirək. Məncə, televiziyanın ilk yarandığı dövrlərdə onu dövlətlər və ya şirkətlər yaradırdılar”.

Redaktor.az xəbər verir ki, bu sözləri “EYBA-nın 2026-cı il Payız Konfransı”nda  ADA Universitetinin Hüquq fakültəsinin dosenti Təbriz Cəfərov dedi.

Onun sözlərinə görə, həmin vaxt bu sahəyə nəzarət edən xüsusi qurumlar və ya inzibati orqanlar yox idi:

“Lakin sonradan dövlətlər televiziya sahəsinə nəzarət etmək üçün müxtəlif institutlar, şöbələr və ya qurumlar yaratmağa başladılar. Xüsusilə, yayım və digər məsələlərə nəzarət etmək üçün müvafiq mexanizmlər formalaşdırıldı.

Yeri gəlmişkən, mən bu məsələni internetdən ayrı hesab etmirəm. Süni intellekt də internetin bir alətidir. Razıyam ki, o, daha geniş və daha mürəkkəb bir sahədir. Ancaq nəticə etibarilə, bu da internetin bir alətidir. Əgər internet olmasaydı, süni intellekt də mövcud olmazdı”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən