"Əvvəl tənzimləmə, sonra innovasiya" - Təbriz Cəfərovdan TƏKLİF

 15:16 09.10.2026     74

“İlk növbədə, süni intellekti müxtəlif sahələr və fəaliyyət istiqamətləri üzrə, o cümlədən istehlakçı şirkətlərinin fəaliyyəti və digər konkret məsələlər baxımından tənzimləmək lazımdır”.

Redaktor.az xəbər verir ki, bunu  “EYBA-nın 2026-cı il Payız Konfransı”nda  ADA Universitetinin Hüquq fakültəsinin dosenti Təbriz Cəfərov vurğuladı.

“Daha sonra süni intellekt sahəsində innovasiyalar üçün geniş imkanlar yaratmaqla yanaşı, tənzimləmələr, standartlar və bəlkə də beynəlxalq standartlar formalaşdırmaq mümkündür. Bunu bütün maraqlı tərəfləri prosesə dəvət etməklə və onların iştirakını təmin etməklə həyata keçirə bilərik. Bu yanaşma maraqlı tərəflərin iştirakı yanaşması adlanır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən