"Süni intellektə qarşı şəxsi məlumatlarımızı necə qoruya bilərik?" - Nəcibə Mustafayeva sual etdi
“İnsan hüquqları, beynəlxalq hüquq və beynəlxalq müqavilələr çərçivəsində sizin şəxsi həyatın toxunulmazlığı hüququnuz var. Bu hüquq milli qanunvericilikdə də, yəni hər bir dövlətin hüquq sistemi çərçivəsində qorunur”.
Redaktor.az xəbər verir ki, bu sözləri “EYBA-nın 2026-cı il Payız Konfransı”nda Bahçeşehir Universitetinin Hüquq fakültəsinin dosenti, beynəlxalq insan hüquqları hüququ üzrə ekspert Nəcibə Mustafayeva bildirdi.
“Mövcud insan hüquqlarından daha geniş şəkildə istifadə edərək şəxsi məlumatlarımın süni intellektin inkişafı üçün istifadəsinə qarşı qoruyucu hüquqi mexanizm yarada bilərikmi? Mənim növbəti sualım da bununla bağlıdır. Rəqəmsal dövrdə şəxsi həyatın toxunulmazlığı hüququna dair vahid beynəlxalq müqaviləmiz və hamı tərəfindən qəbul edilmiş vahid yanaşmamız yoxdur. Bununla belə, regional səviyyədə müəyyən tənzimləmələr mövcuddur”.
Ekspert diqqətə çatdırdı ki, beynəlxalq səviyyədə bizdə ümumi şəkildə şəxsi həyatın toxunulmazlığı hüququ mövcuddur:
“Bu hüquq demokratiya, vətəndaş cəmiyyəti və fərdi dəyərlərin qorunması ilə sıx bağlıdır. Lakin dünyanın bəzi regionlarında, xüsusilə rəqəmsal dövrdə şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına dair ayrıca regional hüquqi çərçivələr formalaşıb”.
Aytəkin TOFİQQIZI













