“Qarışıq geyimlər istər-istəməz qarışıq fikirlər yaradır” - Xalq artisti

 18:41 11.10.2026     203

"Bizim artıq xeyli yaşımız var. Biz uşaq olanda məktəbli formasında gələn oğlanların və qızların hamısının əynində eyni paltarı görəndə istər-istəməz bir sevinc hissi yaranırdı. İndi də biz köhnə şəkillərə baxanda onları həsrətlə xatırlayırıq ki, necə gözəl görünürdü".

Bu sözləri Redaktor.az-a açıqlamasında Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov dedi.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, uzun illərdir Üzeyir Hacıbəylinin ev-muzeyində çalışır:

"Üzeyir Hacıbəylinin hələ seminariyada oxuduğu bir zamanda onların geyindikləri formaya və kollektiv şəkillərə baxanda istər-istəməz insanda məmnunluq hissi olur. Hər şeyin öz yeri var".

Onun sözlərinə görə, çox qarışıq geyimlər istər-istəməz qarışıq fikirlər də yaradır:

"Buna görə vahid formanın olması hər cür məsləhətdir. Əgər bunu Nazirlər Kabineti edirsə, deməli, orada da əyləşən adamların hərəsi bir ağıl, savad sahibidir. Bilirlər ki, dünya təcrübəsi, tarix, keçmiş və gələcək var. Mənə elə gəlir ki, bunun ancaq uşaqların mənəvi tərbiyəsi üçün, əxlaqı üçün xeyri var. Eyni zamanda vahid paltarda məktəblilər daha gözəl görünür. Mən bunun tərəfdarıyam".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən