“Vahid geyim şagirdləri daha çox təhsilə yönəldir” - Rejissor Hafiz Quliyev

 14:14 12.10.2026     234

“Vahid geyim forması zaman-zaman gündəmə gələn məsələdir və bir çox ölkələrdə tətbiq olunub, müsbət nəticələr də verib. Əlbəttə ki, bu, şagirdləri daha çox təhsilə yönəltmək üçün amillərdən biridir. Niyə? Çünki şagirdlər forma və geyim haqqında daha az düşünür, diqqətlərini daha çox təhsilə və elm öyrənməyə yönəldirlər. Bu baxımdan, əlbəttə ki, onun müsbət cəhətləri var”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev bildirdi.

Onun sözlərinə görə, forma şagirdlərin təhsil alması və düzgün formalaşması üçün vacib amillərdən biridir:

“Formanın insanın həyat tərzinə və psixologiyasına təsiri var. Bu baxımdan, məsələyə bir qədər ciddi və düşünülmüş şəkildə yanaşmaq lazımdır. Mən düşünürəm ki, insanın müəyyən yaşda sərbəst qərar vermək və müstəqil düşünmək imkanı yarana bilər və həmin mərhələdə bəzi qərarlar qəbul edə bilər. Amma bütün hallarda, mənə elə gəlir ki, hər bir məkanın, hər bir auditoriyanın özünəməxsus geyim qaydaları və etikası var. Bu qaydalara riayət etmək bir çox məsələlərdə müsbət təsir göstərə bilər. Bu baxımdan, düşünürəm ki, vahid geyim forması şagirdlərə daha çox təhsilə yönəlmək imkanı yaradır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən