"Dövlətimiz hansı qərarı qəbul etsə, dəstəkləyəcəyik" - Elxan Cəfərov da müzakirələrə QOŞULDU

 15:33 12.10.2026     146

"Biz bu məsələyə münasibət bildirərkən onu deyə bilərik ki, dövlətimiz hansı qərarı qəbul edəcəksə, biz həmin qərarı dəstəkləyəcəyik. Çünki bizim bilmədiyimiz çoxsaylı nüanslar var".

Bunu Redaktor.az-a açıqlamasında rejissor, Əməkdar incəsənət xadimi, Kino Agentliyinin müşaviri Elxan Cəfərov bildirdi. Onun sözlərinə görə, bu məsələ həm də tarixidir:

"Bu, eyni zamanda, tarixi amillərlə də bağlı məsələdir. Hələ 1800-cü illərdən, Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadənin dövründən cəmiyyətimizdə din və tərəqqi arasında olan ziddiyyətlər, müxtəlif yanaşmalar mövcud olub. Görünür, bu müzakirələr hələ uzun müddət davam edəcək. Amma mən özüm dövlətimizin qəbul etdiyi qərarları dəstəklədiyimi bildirmək istəyirəm".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən