"Məktəbli forması yalnız geyim mövzusu deyil" - Millət vəkili

 17:22 12.10.2026     152

"Vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarlar qonşu Mərkəzi Asiya dövlətlərində də qəbul edilib. Orta təhsil müəssisələri üçün məcburi məktəb formaları üçün tələbləri Qazaxıstanda 2016-cı ildə, Qırğızıstanda 2015-ci ildə, Türkmənistanda 2019-cu ildə, Özbəkistanda 2018-ci ildə tətbiq edilib. Göründüyü kimi, oxşar qaydalar Mərkəzi Asiyada yerləşən qardaş Türk dövlətlərində də qəbul edilmişdir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

"Vahid məktəbli forması yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi ilə birbaşa bağlıdır. Məktəbdaxili nizam-intizam və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindən biri olaraq qalmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Vlll Qurultayında çıxışında bildirdiyi kimi, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Azərbaycan tarixən Türk və İslam dünyasının mərkəzlərindən biri olmuş və daimi İslam dəyərlərinə, adət-ənənələrinə böyük ehtiram göstərilir. Hər il İslam dininə aid əlamətdar günlər dövlət səviyyəsində qeyd olunur, ölkə başçısının dini bayramlarla bağlı müraciətləri ünvanlanır",  - deyə o qeyd etdi. 

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən