Deputat Milli Məclisdə həmin filmdən DANIŞDI

 11:52 13.10.2026     72

“44 günlük Vətən müharibəsindən bəhs edən “Dəmir Yumruq” adlı sənədli film Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəni və xalqımızın qəhrəmanlığını əks etdirir. Film həm də sənədli kino sahəsində gələcək nəsillər üçün mühüm örnəkdir”.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu bildirdi.

O, filmdə iki mühüm məqamın diqqətə çatdırıldığını vurğuladı:

“Bunlardan biri Qırğızıstanla Azərbaycanın qarşılıqlı münasibətlərdə bir-birini daim dəstəkləməsidir. İkinci məqam isə dövlət başçılarının rəhbərliyi ilə iki ölkə arasında iqtisadi tərəfdaşlığın ən yüksək səviyyəyə çatmasıdır. Bununla yanaşı, xarici ölkələrdə bu cür mədəniyyət layihələrinin həyata keçirilməsi yalnız ideoloji baxımdan deyil, həm də xalqlar arasında birliyin və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

“Dəmir Yumruq” sənədli filmi 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin mədəni təqdimatıdır. Bu ekran əsəri türk qardaşlığının gələcək nəsillər üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir və qardaş xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır. Filmi izləyən hər kəs bu əsərdən zövq almalı, ona baxdıqdan sonra Azərbaycan əsgərinin qəhrəmanlığını və qardaş xalqlar arasındakı həmrəyliyi daha yaxından dərk etməlidir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən