"Aeroportların sayı artırılsın" - Deputat

 12:30 13.10.2026     158

“Mövcud şəraitdə aviasiya sahəsinin inkişafı və sərnişinlərin ehtiyaclarını ödəyən xidmətlərin göstərilməsi böyük əhəmiyyət kəsb edir. Sosial yönümlü layihələrin həyata keçirilməsi, aeroportların sayının artırılması və son illərdə sərnişinlər üçün əlçatanlığın təmin edilməsi vacib məsələlərdəndir. Hazırda sərnişinlərin və uçuşların sayında müşahidə olunan artım da bu proseslə birbaşa əlaqədardır. Uçuş xidmətlərinin əlçatanlığının təmin edilməsi insanların rahatlığı baxımından mühüm amillərdən biridir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirdi.

Onun sözlərinə görə, müasir dövrdə aviasiya sektorunda rəqəmsallaşma və səmərəliliyin artırılması istiqamətində dəyişikliklər davam edir:

“Avtomatlaşdırma ilə bağlı islahatlar həyata keçirilir və hazırda hava nəqliyyatı xidmətlərində avtomatlaşdırılmış üsullardan istifadə olunur. Bu istiqamətdə xidmətlərin daha da təkmilləşdirilməsi və uçuş imkanlarının genişləndirilməsi aktual məsələlərdəndir. Aviasiyanın inkişafına yönəlmiş innovativ yanaşmalar və sosial layihələr həm Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, həm də standartların tətbiqinin genişləndirilməsinə xidmət edir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən