"Bu normalar dinimizə və onun qaydalarına heç bir maneə törətmir" - Dosent
"Nazirlər Kabinetinin məlum qərarında vahid məktəbli geyimlərinin norma və tələbləri tamamilə aydın şəkildə əksini tapıb. Təhsilimizin milli əsaslarla həm də dünyəvilik prinsipləri ilə uzlaşdırılması bu sahədə inkişaf üçün qarşıya qoyulmuş strateji hədəfi müəyyənləşdirir. Bu normalar dinimizə və onun qaydalarına heç bir maneə törətmir".
Bunu Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsində aparıcı elmi işçisi, dosent, ictimai xadim, politoloq Sənan Həsənov dedi.
"Təhsilin strateji istiqamət olması da özünün tələb etdiyi qaydalara, normalara əməl olunmasına bir zərurət yaradır. Bu prosesdə isə dövlətin həyata keçirdiyi, tətbiq etdiyi norma və qaydalara əməl olunması hər kəsin vəzifəsidir, həm də təhsilalanların və təhsilverənlərin fəaliyyətinə stimul verən mühüm amildir. Bu baxımdan tamamilə doğru buyurursunuz ki, məlum qərar təhsildə vahidliyin, bərabər münasibətin, məktəbin funksiyasının önə çəkilməsinin çox mühüm amilidir", - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI













