“İnsanları təkrar-təkrar imtahana qaytarmaq doğru deyil” - Razi Nurullayev
“İki il ərzində işə qəbul olmayanlar yenidən imtahana hazırlaşmalı, təkrar imtahan verməli və bu proses dəfələrlə təkrarlanmalıdır. Dövlətin qiymətləndirdiyi bu bacarıqlardan istifadə etmək əvəzinə, insanları təkrar-təkrar imtahan prosesinə qaytarmaq doğru deyil”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev səsləndirdi.
O, təklif etdi ki, sertifikat almış şəxslərin ən geci 3-6 ay ərzində öz ixtisasları üzrə vakant yerlər üçün keçirilən müsabiqələrdə iştirak edərək işə qəbul olunmaq imkanı qazanmalarına şərait yaradılsın:
“Bu, avtomatik təyinat demək deyil. İşə qəbul qaydaları qüvvədə qala bilər. Əsas məsələ imtahandan uğurla keçmiş şəxsin illərlə qeyri-müəyyənlik içində qalmamasıdır”.
NURİYYƏ













