Baş örtüksüz məktəbli forması dünyəviliyə xidmət edir - Professor

 16:06 13.10.2026     82

Məktəblərdə şagirdlərin geyim qaydaları, xarici görünüşü və milli dəyərlərin təbliği məsələsi son günlər ictimai müzakirələrə səbəb olub. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Nərgiz Axundova da məktəblilərin vahid geyim formasından istifadəsi ilə bağlı qərara münasibət bildirib.

O, Redaktor.az-a açıqlamasında dedi ki, ölkəmizdə dövlət təhsil sistemi Konstitusiyaya əsasən dünyəvi xarakter daşıyır:

"Bu baxımdan, vahid məktəbli geyim formasının, o cümlədən baş örtüyü olmadan tətbiqi dünyəvi təhsil prinsiplərinin qorunmasına, şagirdlər arasında bərabərliyin təmin edilməsinə və vahid məktəb mühitinin formalaşdırılmasına xidmət etməlidir. Məncə, məktəb elmin, biliyin və milli dəyərlərin ön plana çıxdığı bir məkan olmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən