Professordan Türkiyə mediasındakı anti-Azərbaycan çıxışlarına münasibət: "Xoşagəlməz məqamdır"
Hazırda Türkiyə mediasında Azərbaycana qarşı xoşagəlməz paylaşımların edilməsi müzakirə olunan əsas məsələlərdəndir.
Redaktor.az mövzu ilə bağlı Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmlinin fikirini öyrənib.
Professor belə hallar baş verdiyi üçün təəssüf edib:
“Buna həqiqətən ancaq təəssüflənmək olar. Ancaq deməliyik ki, başqa mövqelər də var. Türkiyədə Azərbaycanla dostluğu yüksək dəyərləndirənlər var. Siyasi xadimlər, partiya rəhbərləri, mədəniyyət xadimləri var. Mənə elə gəlir ki, onların sözü, çıxışı və yanaşması daha diqqətəlayiqdir. Hazırkı vəziyyət münasibətlərdə xoşagəlməz bir epizoddur. Biz bunun çox tezliklə keçib gedəcəyinə ümid edirik”.
Aytəkin TOFİQQIZI













