"Türkiyədəki çıxışlar təkcə Azərbaycana qarşı deyil, türkçülüyə qarşıdır" - Asim Mollazadə

 11:40 15.10.2026     125

"Müvafiq dini qurumlar var ki, onlar Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyirlər".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Türkiyədəki anti-Azərbaycan kampaniyasından danışarkən dedi.

Onun sözlərinə görə, bu dini qurumların fəaliyyəti əslində Türkiyə dövlətinə və türkçülüyə olan zərbədir:

"Mənə elə gəlir ki, Türkiyənin kifayət qədər gücü var ki, Atatürkün yaratdığı dövləti qorusun və imkan verməsin ki, türk dünyasına xələl olsun".

Millət vəkili Türkiyə hakimiyyətinin mövcud vəziyyətlə bağlı niyə tədbir görmədiyini belə izah etdi:

"İmkanları olsaydı, görərdilər, deməli, imkanları yoxdur. Amma görməyə ehtiyac var, çünki bu zərbələr təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşıdır, türkçülüyə qarşıdır və bizim ortaq maraqlarımıza qarşıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən