"AKP hakimiyyəti daxilində də bu kimi səslərin çıxması üzücüdür" - Politoloq

 14:18 15.10.2026     109

"Azərbaycana qarşı Türkiyədən keçirilən informasiya hücumları Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirmək istəyən qüvvələrin fəaliyyətinin nəticəsidir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov bildirdi.

"Həmişə qeyd edirik ki, Türkiyə tarixən imperiya dövləti olduğu üçün onun daxili siyasi və milli tərkibi birmənalı deyil. Burada görünüşdə türk adı daşıyıb, arxa planda erməni, yunan, fars, ərəb və s. olan külli miqdarda insanlar var. Onlar heç vaxt Azərbaycanla Türkiyənin qardaşlığını qəbul etmir, həmişə buna qarşı fəaliyyət göstərir, məqam düşən kimi bu qardaşlığa zərbə vurmaq üçün addımlar atırlar. İndi də belədir. Səfirliyimiz qarşısında da etiraz aksiyası keçirənlərin İranyönlü qruplar olduğu aydın görünür", - deyə o vurğuladı.

Siyasi şərhçi hesab edir ki,  Azərbaycan və Türkiyə qardaşlığı bu kimi çox təzyiqlər və hücumlar görüb:

"Bunların öhdəsindən də layiqincə gələrək tarixən bu qardaşlığın haqqını veriblər. AKP hakimiyyəti daxilində də bu kimi səslərin çıxması üzücü və təəssüfedici olsa da, bunun ümumən AKP-nin mövqeyi olmadığı qənaətindəyik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən