""Sovxoz" da, "kolxoz" da bizim tarixi terminlərimizdir, amma..." - Fazil Mustafa
"Təbii ki, “sovxoz” da, “kolxoz” da bizim tarixi terminlərimizdir. Bunlar 1920-ci ildən sonrakı dövrümüzə aid, əmək və təsərrüfat fəaliyyəti ilə bağlı terminlərdir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi.
O nəzərə çatdırdı ki, bunun müxtəlif nümunələri var:
"Məsələn mənim deputat seçildiyim Sabunçuda “Sovxoz 2”, “Ramana gülçülük savxozu" və sair var. Bunlar sosialist dövründən qalan adlardır. Mən belə düşünürəm ki, həmin dövrlərdən qalan müəyyən adlar zamanla bizim terminologiyamızda yer alıb. Lakin rəsmi sənədlərdə hələ də “Sovxoz 2”, kimi adlardan istifadə olunur.
Hesab edirəm ki, bu adların dəyişdirilməsi məsələsinə kompleks yanaşmaq, bütün detalları birlikdə həll etmək lazımdır. Bunu böyük maddi vəsait tələb etmədən həyata keçirmək mümkündür. Bu baxımdan bir məqamı da xatırlatmaq istədim. Həmin ərazi Pirşağı bələdiyyəsinin mərkəzində yerləşir. Lakin Yaşma məntəqəsindən sonra təxminən 15 kilometr məsafədə yerləşən ərazi hələ də müstəqil dövlətimizin mahiyyətinə uyğun olmayan bir adla adlandırılır".
NURİYYƏ













