"Ad dəyişmək asan görsənsə də, çoxlu vəsait lazımdır" - Siyavuş Novruzovdan Fazil Mustafaya CAVAB
"Sabunçu ərazisində 15 mindən çox sakin yaşayır. Bu dəyişiklik üzdə asan görsənsə də, buna çoxlu vəsait lazımdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov həmkarı Fazil Mustafaya cavab olaraq bildirdi.
O əlavə etdi ki, 15 min insanın şəxsiyyəti, küçə ünvanı, qaz, işıq, su sayğacları dəyişilməlidir:
"Yəni bunlar asan iş deyil. Çox pul tələb edir. Yəni bir adın dəyişdirilməsi qətiyyən qətiyyən tək bir təşkilat, misal üçün bir kəndin müdürün və yaxud da ki, bir adın dəyişməsi deyil. Ona görə bunların hamısı kompleks şəkildə həll olunmalıdır".
NURİYYƏ













