Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı

 14:34 19.10.2026     65

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (12.10.2026-18.10.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Redaktor.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 188 piyada əleyhinə mina, 66 tank əleyhinə mina, 631 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1420,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Vumart və Güvən reklamı Vumart Güvən