İlham Əliyev bu sazişləri TƏSDİQLƏDİ - YENİLƏNİB

 17:15 21.10.2026     53

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” təsdiq edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

***

Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun layihəsini imzalayıb.

Bununla, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiqlənib.

***

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Redaktor.az xəbər verir ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

Vumart və Güvən reklamı Vumart Güvən