Bu rayonun iki bələdiyyəsinin adı DƏYİŞDİRİLDİ

 12:26 22.10.2026     137

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılacaq.

Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir. Belə ki, Bəhrəli-Çinarlı bələdiyyəsi Bəhrəli, Çinarlı, İqrığ, Qacar Zeyid və Zizik kəndlərini, Elbir bələdiyyəsi isə Ağbil, Aşağı Atuc, Dəlləkli, Elbir, Əlibəyqışlaq, Mirzəməmmədkənd və Susayqışlaq kəndlərini əhatə edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən