Prezidentdən bu parkla bağlı FƏRMAN

 12:41 22.10.2026     151

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək.

Redaktor.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təklifləri nəzərə alınmaqla 3 ay ərzində Prezidenti ilə razılaşdırmaqla texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddini təsdiqləməlidir.

Vumart və Güvən reklamı Vumart Güvən