Köçəryanın oğlunun həbs müddəti UZADILDI

 10:37 23.10.2026     111

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Akop Kureqyan bildirib.

Vəkilin sözlərinə görə, Antikorrupsiya Məhkəməsi Sedrak Köçəryanın daha iki ay həbsdə saxlanılması barədə qərar qəbul edib.

“Məhkəmə Köçəryanın həbs müddətini iki ay uzatdı. Məhkəmə sisteminə göstərilən təzyiqləri nəzərə alsaq, hazırkı mərhələdə başqa qərar gözləmək çətin idi”, – deyə Kureqyan jurnalistlərə bildirib.

Vəkil məhkəmənin qərarından mütləq şikayət veriləcəyini də vurğulayıb.

Xatırladaq ki, Sedrak Köçəryan 2026-cı il avqustun 25-də Ermənistanın Antikorrupsiya Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində saxlanılıb. Avqustun 26-da isə barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Ona xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadəyə və xüsusilə külli miqdarda rüşvət alınmasına kömək etmək ittihamları irəli sürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən