Nizami Cəfərovdan İranın nazirinə SƏRT CAVAB: “Bu, düşük bir konyunkturadır”
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda hicab bəhanəsi ilə təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qızları İran universitetlərinə dəvət etməsi qəbuledilməz və təxribatçı yanaşmadır. Azərbaycan təhsil sistemi ilə bağlı əsassız iddialar səsləndirən nazirin bu addımı ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilə bilər. İran rəsmisinin bu cür sərsəm fikirlərlə çıxış etməsi haqlı suallar doğurur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında akademik Nizami Cəfərov bildirdi ki, İran tərəfinin belə bir bəyanatla çıxış etməsi tamamilə təxribatdır:
"Bu, təxribatdır, özü də İranın həmişə adət etdiyi, o qədər də orijinal olmayan təxribatlardan biridir. İranın təhsil sistemi tamamilə anti-Azərbaycan, anti-türk təhsil sistemidir. Bunu özləri də yaxşı bilirlər. Məsələ ondadır ki, bu məsələni hicabla qətiyyən qarşı-qarşıya qoymaq olmaz. Yəni hicabla bunu qarşı-qarşıya qoymaq çox düşük bir konyunkturadır. Mənə elə gəlir ki, İran təhsil nazirinin məhz bu cür mülahizələrini tarix, yəqin ki, çox tezliklə təkzib edəcək".
NURİYYƏ












