Nazirlər Kabineti bir sıra qaydalara dəyişiklik ETDİ

 00:04 27.10.2026     147

Nazirlər Kabineti Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar bir sıra normativ hüquqi aktlara dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov 26 oktyabr 2026-cı ildə imzalayıb.

Dəyişikliklər Prezidentin 23 fevral 2026-cı il tarixli, 604 nömrəli fərmanının icrasını təmin etmək məqsədi daşıyır.

Qərara əsasən, müharibə veteranı və silahlı qüvvələr veteranı adlarının verilməsi qaydalarına, milli arxiv fondunun komplektləşdirilməsi və mühafizəsi, profilaktik peyvəndlər, dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılma, hərbi xidmət, ezamiyyə xərcləri və digər sahələri tənzimləyən normativ hüquqi aktlara dəyişikliklər edilib.

Dəyişikliklər çərçivəsində bir sıra sənədlərdə “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” ifadələri “Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti” ifadələri ilə əvəzlənib.

Bundan başqa, ovçuluq biletlərinin verilməsi qaydalarında da dəyişikliklər aparılıb. Həmin qaydalarda Prezidentin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” MMC-nin üzvləri ilə bağlı bəzi müddəalar çıxarılıb, ayrı-ayrı bəndlər və qaydalara əlavə ləğv edilib.

Dəyişikliklər, həmçinin dövlət sirrinin mühafizəsi, xüsusi təyinatlı telekommunikasiya şəbəkələri, giriş-çıxış və qeydiyyat sistemləri, hərbi qeydiyyat, icbari şəxsi sığorta və hava məkanından istifadə qaydalarını əhatə edir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən