Ətraf mühitin monitorinqi məcburi olsun - Deputat

 11:37 27.10.2026     69

“Azərbaycan hökumətinin siyasətinin əsas istiqamətlərindən biri ətraf mühitin qorunmasıdır. 2025-ci ilin dövlət büdcəsində bu istiqamətə 374 milyon manat vəsait ayrılıb. Əvvəlki müzakirələrdə də bu məsələ ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı gələn il bu istiqamətə daha çox, yəni 438 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu baxımdan, ekoloji məlumatlandırmanın ətraf mühitin daha yaxından qorunması, onun mövcud vəziyyətinin mühafizə edilməsi və həyata keçirilən siyasətin məqsədyönlü olması baxımından əhəmiyyəti böyükdür”.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışan deputat Vüqar Bayramov bildirdi.

Millət vəkili təklif etdi ki, sözügedən maddəyə aşağıdakı mətn əlavə olunsun:

“Ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin mütəmadi müşahidəsi və tədqiqi sistemidir”.

“Bu dəyişiklik müşahidə və tədqiqat prosesinin mütəmadi həyata keçirilməsini nəzərdə tutur və həmin tələbin hüquqi bazada təsbit olunmasına imkan yaradır. Eyni zamanda, həmin maddədə monitorinqin aparılmasının məcburi xarakter daşıması məsələsi də öz əksini tapmalıdır. Prosesin davamlılığını təmin etmək baxımından yalnız hüquqi bazanın formalaşdırılması deyil, monitorinqin mütəmadi aparılması tələbinin də qanunvericilikdə dəqiq müəyyənləşdirilməsi vacibdir. Vaxtı uzatmadan təklifimi belə ifadə etmək istərdim: qanun layihəsində ətraf mühitin istehsalat monitorinqinin davamlı aparılması tələbi qeyd olunsun.

Təklif edirəm ki, qanun layihəsində yalnız illik hesabatların deyil, rüblük və yarımillik hesabatların təqdim edilməsi də məcburi qaydada nəzərdə tutulsun. Bu, ətraf mühitdən istifadə edən şəxslərin fəaliyyəti nəticəsində zərər yarandığı təqdirdə həmin zərərin daha qısa müddətdə aradan qaldırılmasına imkan verər”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən