Prezident bu əsasnaməni DƏYİŞDİ

 16:43 28.10.2026     147

Prezident İlham Əliyev Maliyyə Nazirliyi ilə bağlı yeni fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, fərmana əsasən, dövlət başçısının 2009-cu il 9 fevral tarixli fərmanı ile təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.23-3-cü bəndi ləğv edilib.

Bu dəyişiklik dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə proqnozlarının monitorinqi, icra göstəricilərinin təhlili, habelə xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinə dair 2025-ci il 29 dekabr tarixli Prezident fərmanının icrasını təmin etmək məqsədilə atılıb.

Vumart və Güvən reklamı Vumart Güvən