"Həssas kateqoriyada olan vətəndaşlarımızın bir qismi hüquqi yardım almaqda çətinlik çəkir"
"Hazırda da aztəminatlı və digər həssas qruplardan olan vətəndaşlara dövlət hesabına peşəkar vəkil xidməti göstərilir. Lakin həssas kateqoriyada olan vətəndaşlarımızın bir qismi hüquqi yardım almaqda çətinlik çəkir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Hicran Hüseynova “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsindən danışarkən bildirdi.
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, insan alveri qurbanlarının, məişət zorakılığından zərər çəkmiş şəxslərin, əlilliyi olan şəxslərin və uşaqların pulsuz hüquqi yardım almaq hüququnun müvafiq qanunlarda təsbit edilməsini müsbət addım kimi dəyərləndirirəm", - o dedi.
NURİYYƏ













