“Torpaq sahəsi var deyə müavinətdən kənarda qalırlar” - Deputat məsələ QALDIRDI

 12:12 30.10.2026     135

"Pulsuz hüquqi yardım mexanizmini keyfiyyətli sistemə çevirmək üçün bu xidmətin kimlərə göstəriləcəyini dəqiq müəyyənləşdirməliyik. Əsas məsələ xidmətin daha çox ehtiyacı olan insanlara çatdırılması və bunun dövlətin yükünü azaltmasıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsindən danışarkən bildirdi.

O, nəzərə çatdırdı ki, sosial müavinət almaq istəyən elə insanlar var ki, torpaq sahəsi olduğu üçün yoxsulluq meyarına uyğun gəlmirlər:

"Halbuki onların evinə faktiki olaraq heç bir gəlir daxil olmur. Buna görə də insanların kateqoriyalara bölünməsi qaydasının müəyyən qədər dəyişdirilməsini daha düzgün hesab edirəm. Minimum əməkhaqqı meyarı əsasında, ayrıca imtiyazlar müəyyənləşdirilmədən, ehtiyacı olan şəxslərə hüquqi xidmət göstərilməsi mümkündür. Eyni zamanda, bütün kateqoriyadan olan insanlara öz yaxınlarının nümayəndəliyindən istifadə etmək imkanı yaradılmalıdır. Bu xidmət mütləq dövlət büdcəsindən maliyyələşdirilməməlidir. Hüquq təhsili olan, kömək edə biləcək qohumu və ya yaxın adamı varsa, ilkin hüquqi xidməti həmin şəxs göstərə bilsin. Dövlət büdcəsindən isə zəruri hallarda vəsait ayrılmalı, hüquqi yardım üçün nəzərdə tutulan maliyyələşmənin həcmi artırılmalıdır ki, bu sahədə çalışan mütəxəssislər daha keyfiyyətli xidmət göstərə bilsinlər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən