“Ucqar kəndlərdə hüquqi yardım əlçatan olmalıdır” - Əli Məsimli

 12:19 30.10.2026     162

"Bu layihədə hədəf qruplarının düzgün müəyyənləşdirilməsini və beynəlxalq hüquq normalarına uyğunluğunu müsbət qiymətləndirirəm".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Əli Məsimli dedi.

O, sənədin effektiv tətbiqi üçün maliyyə təminatı və icra mexanizmlərinin dəqiq müəyyənləşdirilməsini şərt sayaraq, ilk növbədə, qanunun ümumi və ayrı-ayrı hədəf qrupları üzrə maliyyə tutumunun hesablanmasına ehtiyac olduğunu bildirdi:

"Əsas maliyyə yükü dövlətin üzərinə düşsə də, alternativ maliyyə mənbələri və beynəlxalq donor mexanizmləri də nəzərdən keçirilməlidir. Qanunun tətbiqi zamanı üç mühüm məsələyə – maliyyələşmənin davamlı və ədalətli olmasına, bürokratik maneələrin aradan qaldırılması üçün rəqəmsallaşmanın genişləndirilməsinə, eləcə də göstərilən xidmətlərin keyfiyyətinə nəzarət və monitorinq mexanizmlərinin qurulmasına xüsusi diqqət yetirilməlidir. Hüquqi yardım xidmətlərinin regionlarda, xüsusilə ucqar kəndlərdə əlçatanlığının artırılmasını vacib sayan parlamentari bu məqsədlə bölgələrdə çalışan vəkillərə əlavə stimulların verilməsini, elektron və rəqəmsal xidmətlərin genişləndirilməsini təklif edir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən